Avropa İttifaqına yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr əldə edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialına da töhfə verməkdədir. Belə ki, həyata keçirilən tədbirlər sayəsində Avropa İttifaqına yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr əldə edilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentariusun fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən regional tədbirdə deyib.
"Kodeks Alimentarius Komissiyası ilə əməkdaşlıq ölkəmizin qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırmağa kömək etməklə, həm daxili istehlak, həm də ixrac üçün olan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına şərait yaradır. Həmin əməkdaşlıq “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılacaq qida məhsullarının keyfiyyətinə olan inamı da möhkəmləndirəcək", - deyə agentliyin sədri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:15]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:13]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [16:54]
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:37]
Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH
- 08.06.2026 [16:16]