AVROPA KOMİSSİYASI İRAQIN YENİ HÖKUMƏTİNƏ 200 MİLYON AVRO MALİYYƏ YARDIMI GÖSTƏRƏCƏKDİR
Bu barədə Avropa İttifaqı adından rəsmi bəyanat verən bu qurumun xarici əlaqələr və Avropa qonşuluq siyasəti məsələləri üzrə məsul komissarı xanım Benita Ferrero-Valdner demişdir ki, ittifaqın növbəti 200 milyon avro yardımından 110 milyonu səhiyyə və təhsil sistemlərinin dirçəlişinə, 80 milyonu rəhbər hökumət və qeyri-hökumət strukturlarının yeniləşdirilməsi və demokratikləşdirilməsi işlərinə yönəldilməklə sərf olunacaqdır. Maliyyə yardımının qalan 10 milyonu hökumət büdcəsində ehtiyatda saxlanacaqdır.
Xatırladaq ki, bu, Avropa Komissiyasının yeni İraq hökumətinə növbəti maliyyə yardımıdır. Avropa İttifaqı 2003-2005-ci illərdə İraqa 518 milyon avro məbləğində maliyyə yardımı göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]