Avropa Komissiyası İspaniya iqtisadiyyatının avrozonada dramatik tənəzzülünü proqnozlaşdırıb
Madrid, 6 noyabr, AZƏRTAC
Avropa Komissiyası cümə axşamı İspaniya iqtisadiyyatında vəziyyətin pisləşəcəyini proqnozlaşdırıb.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, COVID-19 pandemiyası krallığın iqtisadiyyatına dramatik təsir edib.
Analitiklər hesab edirlər ki, 2020-ci ildə İspaniyada ÜDM 12,4 faiz azalacaq. Hələ bir neçə ay bundan əvvəl Brüssel daha müsbət proqnozu açıqlayıb - 10,9 faiz.
Bu bütün arvozona üçün ən mənfi proqnozdur. Brüsseldə güman edirlər ki, heç bir başqa ölkə iqtisadiyyatında 10 faizdən çox azalma nümayiş etdirməyəcək.
İtaliyada ÜDM - 9,9 faiz, Xorvatiyada - 9,6 faiz, Fransada - 9,4 faiz, Portuqaliyada - 9,3 faiz, Yunanıstanda - 9 faiz azalacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]