Avropa Liqası: “Qarabağ”ın 1/8 finaldakı rəqibi müəyyənləşir
Bakı, 23 fevral, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Azərbaycan çempionu bu raundda qrup mərhələsini ilk pillədə başa vuran komandalardan biri ilə üz-üzə gələcək.
Püşkatmaya səpələnməmişlər səbətindən qoşulacaq Ağdam təmsilçisi ilk matçını evdə keçirəcək.
Səpələnmişlər: "Atalanta" (İtaliya), "Brayton" (İngiltərə), "Bayer" (Almaniya), "Liverpul" (İngiltərə), "Reyncers" (Şotlandiya), "Slaviya" Praqa (Çexiya), "Vilyarreal" (İspaniya), "Vest Hem" (İngiltərə).
Səpələnməmişlər: "Milan" (İtaliya), "Benfika" (Portuqaliya), "Frayburq" (Almaniya), "Marsel" (Fransa), "Qarabağ" (Azərbaycan), "Roma" (İtaliya), "Sparta" Praqa (Çexiya), "Sportinq" (Portuqaliya).
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]