Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Parlamentinin qərəzli və sifarişli qətnaməsi və Azərbaycan reallıqları

Bakı, 14 sentyabr, AZƏRTAC

Avropa Parlamentinin Azərbaycan haqqında təcili dinləmələr keçirməsi və haqsız qətnamə qəbul etməsi ümumiyyətlə ədalətə və qanunun aliliyinə ziddir və hörmətsizlikdir.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin Avropa Parlamentinin bu qərəzli addımı ilə bağlı məqaləsini təqdim edir.

Avropa Parlamentində heç bir alt qurumda, komitədə müzakirə edilmədən tələsik şəkildə iclasa çıxarılan məsələ açıq-aşkar Azərbaycana qərəzli münasibətin ifadəsidir. Azərbaycan haqqında ədalətsiz, yanlış və qərəzli qətnamə qəbul etməsi Avropa Parlamentinin dövlətlərin və xalqların hüquqlarını qorumaq iqtidarında olmadığını göstərir. Əksinə, onlara qarayaxma kampaniyasını həyata keçirir. İndiyə qədər biz belə halları ölkəmizdəki inkişafa kölgə salmağa çalışanların paxıllığı və qısqanclığı kimi başa düşürdük. Təəssüf ki, sentyabrın 10-da tələm-tələsik təcili dinləmələrdən sonra qəbul edilmiş qətnamə göstərir ki, Avropa Parlamentindəki bir çox siyasi qurumlar Azərbaycana qarşı sadəcə paxıllıq yox, düşmənçilik siyasəti aparırlar. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da dərindən başa düşür ki, Avropa Parlamentinin atdığı addım Azərbaycandakı inkişafla heç cür barışa bilməyən qüvvələrin iç üzünün əks-sədasıdır. Bu bədnam qətnamə Azərbaycan dövlətinin apardığı müstəqil siyasətdən qorxuya düşənlərin vahiməsi və təzyiq vasitəsidir. Qəbul olunan qətnamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə öz xalqı arasında və beynəlxalq aləmdəki böyük nüfuzunu qəbul edə bilməyən qüvvələrin bədxahlığını, dargözlüyünü üzə çıxarır. Azərbaycan xalqı isə yaxşı görür ki, analitik siyasi təfəkkürə, ümummilli ideallara dərindən bağlı olmasına və bəşəri dəyərlərə ehtiram göstərməsinə görə dünya ölkələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müqayisə edilə biləcək siyasi lider göstərmək çətindir. Xalqımız haqlı olaraq özünün lideri, görkəmli dövlət xadimi İlham Əliyevlə fəxr edir və onun ətrafında sıx birləşir. Qərb ölkələrinin ictimaiyyəti arasında da Avropa Parlamentinin müstəqil olmadığı, sifarişli və qərəzli qərarlar qəbul etdiyi barədə dəfələrlə narahatlıqlar ifadə olunmuşdur. Bu parlament bir-iki dövlətə Avropanın lideri statusu qazandırmaq, digər ölkələri həmin liderlərdən asılı salmaq siyasətini həyata keçirir. Məhz buna görə də Avropa Parlamenti müstəqil siyasət aparan, qarşılıqlı, bərabər hüquqlu əməkdaşlığa açıq ölkə olan Azərbaycanı sıxışdırmaq, təzyiq göstərmək və asılı ölkə səviyyəsinə salmaq üçün cidd-cəhd göstərir. Avropadakı asılı ölkələrin acınacaqlı vəziyyəti, bu ölkələrdəki dərin və genişmiqyaslı böhran Avropa Parlamentinin və onu dəstəkləyən qurumların demokratiya adı altında həyata keçirdikləri totalitar siyasətin real nəticəsidir. Məhz həmin siyasətin nəticəsidir ki, Qərbdəki bir çox ölkələrdə hətta hakimiyyət böhranı yaşanmaqdadır. Qarşısıalınmaz böyük miqrant dalğasının yaranması da Avropa Parlamenti kimi qurumların dünya ölkələrində apardıqları məkrli siyasətin acı mənzərəsidir.

Avropa Parlamentinin qətnaməsi Azərbaycan reallığından çox uzaq olan uydurmadır, şər və böhtandır. Ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur, demokratik cəmiyyətin daha da inkişaf edib möhkəmlənməsi üçün ardıcıl olaraq islahatların keçirilməsi davam etdirilir. Xalqımız, o cümlədən ziyalılarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş siyasəti tam dəstəkləyir. Azərbaycan xalqla iqtidarın möhkəm birliyinə nümunə, model ola biləcək bir ölkədir. Ölkəmizdəki sabit tolerant mühit, normal inkişaf ritmləri, vətəndaş cəmiyyətinin ardıcıl və ahəngdar inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın dövlət müstəqilliyinin böyük bəhrəsidir.

Avropa Parlamenti Azərbaycanla Qərb arasında, dünya ölkələri arasında sədd çəkə bilməz. Azərbaycan Respublikası özünün dövlətlərarası münasibətlərini qurmaq və inkişaf etdirmək sahəsində böyük təcrübə əldə edib. Beynəlxalq ictimaiyyətin böyük dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir müddət bu yüksək qurumdakı mötəbər bir bölməyə sədrlik funksiyasını həyata keçirməsi beynəlxalq münasibətlər sistemində tutduğumuz yeri, malik olduğumuz rolu, aparılan siyasəti və qazanılan nəticəni çox aydın şəkildə ifadə edir. Əslində, ölkəmizdə demək olar ki, hər gün beynəlxalq əməkdaşlıq üçün məqsədyönlü addımlar atılır və bu, davam edən bir prosesdir. Avropa Parlamenti isə ölkələr və xalqlar arasına nifaq, ayrı-seçkilik, qarşıdurma toxumları səpməklə məşğuldur.

Avropada böyük nüfuza malik olan Avropa Xalq Partiyası, Milliyyətlər və Azadlıq Avropası kimi qrupların Avropa Parlamenti ilə həmrəy olmamaları, Azərbaycanın haqq işinə dəstək vermələri bu parlamentin öz siyasətinə təzədən baxması zərurətini meydana çıxarır. Eyni zamanda, ayrı-ayrı partiyaların və qrupların mövqelərini nəzərə almaması Avropa Parlamentinin demokratik prinsiplərdən uzaq olduğunu göstərir. Bizə qərəzli və sifarişli Avropa Parlamenti yox, Avropa ölkələri və xalqları ilə həmrəylik lazımdır. Azərbaycan müstəqil dövlət olaraq dünya ölkələri ilə əlaqələrini inkişaf etdirməkdə davam edir. Avropa Parlamentinin qərəzli qurumlarına, birtərəfli, təzyiq və qarayaxma siyasətinə əsaslanan Avronest Parlament Assambleyasına ölkəmizin ehtiyacı yoxdur. Böhranın dərinləşdiyi bir vaxtda Avronest Parlament Assambleyası kimi lüzumsuz qurumu ümumiyyətlə saxlamağa heç bir ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanın Avronest təşkilatından çıxması digər üzv ölkələrin də eyni addım atmasına təkan verəcək. Ümumiyyətlə, Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamə Qərbin siyasi təşkilatlarını etibardan salır. Bu qətnamə Avronest təşkilatının iflasına gətirib çıxarmalıdır.

Bundan başqa, Qərbin Şərq tərəfdaşlığı adı altında irəli sürdüyü müddəalar qarşılıqlı əməkdaşlığı yox, birtərəfli qaydada təzyiqləri həyata keçirməyə cəhd göstərməsinin ifadəsidir. Fikrimcə, Şərq Tərəfdaşlığının bu istiqamətdə inkişafı, Şərqə doğru deyil, Şərqə qarşı, onun əleyhinə olan hərəkatdır. Bütövlükdə Şərq Tərəfdaşlığı məsələsi yenidən müzakirə edilərək onun strategiyası və taktikası ciddi surətdə nəzərdən keçirilib aydınlaşdırılmalıdır. İndiki halda, hazırkı mövcud formatda Şərq Tərəfdaşlığında iştirak etmək ardıcıl olaraq anlaşılmaz vəziyyətlərlə üz-üzə qalmaqdan başqa bir şey deyil.

Avropa parlamentinin ədalətsiz qərarının arxasında Qərbdəki ermənipərəst və islamofob qüvvələrin və onların havadarlarının dayandığı məlumdur. Azərbaycanda isə ulu öndər Heydər Əliyevin vaxtilə böyük dəqiqliklə bildirdiyi kimi, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan dövləti və xalqı müstəqillik illərində böyük nailiyyətlər qazanıb. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdəki vətəndaş azadlığına tam təminat verir. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələri sürətlə inkişaf edir. Azərbaycan xalqı isə Prezident İlham Əliyevlə tamamilə həmrəydir. Xalq-iqtidar birliyi ölkəmizi indiki yüksək inkişaf səviyyəsinə çatdırıb. Xalqımızın birliyi, ölkəmizdəki ümummilli həmrəylik müstəqillik illərində keçirilən seçkilərin hamısının sabitlik şəraitində və mütəşəkkil səviyyədə keçməsini təmin edib. Xalqımız və ölkəmiz istənilən siyasi məqamda bundan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birlik və mütəşəkkillik nümayiş etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda da oynamayacaq

Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib  YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır