Avropa şirkətləri tankerlərini satır
Bakı, 3 aprel, AZƏRTAC
Avropa şirkətləri itkilərin yerini doldurmaq məqsədilə tankerlərini satır, naməlum alıcılar isə yeni marşrutlar üzrə Rusiya yanacağını daşımaq üçün gəmilər almağa davam edirlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ay ərzində 54 gəmi satılıb. Buna baxmayaraq, yalnız 12 halda alıcılar məlumdur.
Bir neçə gün əvvəl Almaniyanın “German Tanker Shipping” gəmiçilik şirkəti bir dəfəyə rekord qiymətə 2 tanker satıb. 20 və 19 yaşlarını tamamlayan gəmilərin hər biri 15 milyon dollara satılıb. Naməlum alıcılara satılan gəmilər buz sinfinə (1B) malikdir və Rusiyanın Baltikyanı limanlarından neft məhsullarının daşınması üçün yararlıdır.
“GTS”-in icraçı tərəfdaşı Frank Janqman bildirib ki, şirkət Rusiyadan neft məhsullarının nəqlindən imtina etməli olub. Ötən il daşıyıcı Almaniya və Böyük Britaniya limanlarında anbarlarında Rusiya neft məhsulları olan tankerlərin boşaldılmasında etirazlarla üzləşib. Ticarət sanksiyalarının gözlənilməz təsir təhlükəsi, o cümlədən qiymət tavanı şirkəti Rusiya bazarını tərk etməyə məcbur edib.
Ola bilsin ki, alman gəmi sahibi Rusiya neft məhsullarının daşınmasını dayandırıb, lakin Rusiya limanları vasitəsilə işləməyə davam edib. Bunu naviqasiya portallarının məlumatları sübut edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:26]
İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB
- 08.10.2026 [11:19]
ABŞ-nin neft ehtiyatları azalır
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]