AVROPA ŞURASININ QƏBUL ETDİYİ QƏRAR AZƏRBAYCANIN BEYNƏLXALQ TƏŞKİLATLARDA MÖVQEYİNİ MÖHKƏMLƏNDİRİR
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov AZƏRTAC-ın müxbirinə demişdir ki, Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Qərarın bütün müddəaları bizi tam qane etməsə də, problemin həlli istiqamətində irəliyə doğru çox vacib addımdır. AŞPA-nın məruzəçisi Devid Atkinson müsahibələrinin birində deyib ki, millətlərin öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağ ermənilərinə aid edilə bilməz. Çünki Azərbaycan və Ermənistan Avropa Şurasına qəbul olunarkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilib.
Erməni milləti artıq bir dəfə öz müqəddəratını təyin edib və Azərbaycanın tarixi ərazilərində dövlət yaradıb. Biz ikinci dəfə buna razı ola bilmərik və beynəlxalq hüquq da yol vermir, fikrini söyləyən Ziyafət Əsgərovun sözlərinə görə, bu sənəd digər beynəlxalq təşkilatlardakı Azərbaycan nümayəndə heyətlərinin mövqeyini daha da möhkəmləndirir. NATO Parlament Assambleyası da qərara münasibət bildirməlidir. Məlumdur ki, NATO PA-nın Mülki Ölçülərə Nəzarət Komitəsinin ötən ilin sonlarında Venesiyada keçirilmiş iclasında almaniyalı deputat Elianora Vilhelmin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəsi əsasında müvafiq qərar qəbul olunmuşdur. Ümid edirik ki, NATO PA E.Vilhelmin məruzəsinə və Avropa Şurasının qərarına əsaslanaraq sözünü deyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]