Avropa Universitet Oyunları: Azərbaycan şahmatçıları rapid yarışlarında birinci olublar
Bakı, 13 iyul, AZƏRTAC
Macarıstanın Miskolk şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında şahmat yarışlarına start verilib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İdman Akademiyasını təmsil edən Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komanda rapid yarışlarında qələbə qazanıb. 9 turdan sonra 15 xal toplayan iti zəka sahibləri 17 komanda arasında birinci yeri tutub.
Bu gün blits üzrə yarışlar təşkil olunacaq.