Avropa “yaşıl” energetika faizini artırır
Budapeşt, 1 fevral, AZƏRTAC
Macarıstanda qış vaxtı istilik və yay fəslində havanın soyudulması məqsədilə istifadə edilən enerjinin 18 faizindən bir qədər çox hissəsi bərpaolunan enerji mənbələrinin payına düşür.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Avropa İttifaqının (Aİ) statistika xidməti tərəfindən aparılmış tədqiqat nəticəsində alınıb. Aİ məkanında bu göstəricinin orta qiyməti 22,1 faizdir. Bu o deməkdir ki, Macarıstan hələ də orta səviyyədən geri qalır və o, orta səviyyəyə çatmalıdır.
Avropada isitmə və soyutma məqsədləri üçün istifadə edilən ən “yaşıl” enerji mənbələri İsveçdə (66,1 faiz), Latviyada (57,8 faiz), Finlandiyada (57,5 faiz) və Estoniyadadır (52,3 faiz).
Onu da qeyd etmək lazımdır ki, son 15 ildə bərpaolunan mənbələrdən isitmə və soyutma məqsədilə alınan enerjinin nisbi payı təqribən iki dəfə artaraq, 11,7 faizdən 22,1 faizə çatıb. Beləliklə, Avropa Komissiyasının direktivi təxminən nəzərdə tutulan vaxtda yerinə yetirilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]