Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropanın miqrant böhranı: Avropa İttifaqı daxilində cəbhələşmə

Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, bu il Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib, onlardan 181,500 nəfəri Yunanıstana, 108,500 nəfəri isə İtaliyaya daxil olub (bax: Europe's migrant crisis will not slow and EU nations must share duties, says UN / "The Guardian", 25 avqust 2015). Qurumun 2015-ci il iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir (bax: 10 truths about Europe’s migrant crisis / "The Guardian", 10 avqust 2015).

Bir uşağın faciəsində əks olunan humanitar böhran

Avropaya üz tutan qaçqınların artan siyahısına paralel olaraq, Aralıq dənizini qayıqlar və gəmilərlə keçməyə çalışanların yüzlərlə qadın və uşaq da daxil olmaqla bir qisminin suda boğulması xəbərləri də son bir neçə ildə artmaqdadır. 2011-ci ilə qədər Aralıq dənizini keçərkən qəzalar və digər səbəblərdən ölənlərin sayı il ərzində 500 nəfər ətrafında dəyişirdisə, Yaxın Şərqdə çevriliş və müharibə dalğasının baş qaldırdığı dövrdən etibarən bu göstərici 1500 nəfəri ötüb. 2014-cü ildə isə dənizdə ölənlərin sayı 3500 nəfərə çatıb (bax: Avrupa’ya Göç Yolculuğunda Ölümcül Rota: Akdeniz / "Uluslararası Stratejik Araştırmalar Kurumu", 21 aprel 2015).

Bütün bu rəqəmlər və miqrant böhranı ilə bağlı deyilənlər cansız bədəni Aralıq dənizinin Türkiyə sahilində quruya çıxan 3 yaşlı Aylan Kürdinin dünyada əks-səda doğuran fotoları ilə sanki bir anda daha böyük məna kəsb etdi, qaçqınların üzləşdikləri təhlükələrə və problemlərə olan diqqəti artırdı. Aylan və onun kimi digər bir neçə azyaşlı uşağın sahildəki cəsədlərinin şəkilləri müharibə və zorakılıqlardan qaçan, lakin dənizdə həyatını itirən qaçqınlarla yanaşı, insanlığın da suya qərq olmasının əlaməti kimi qiymətləndirildi. Bunun nəticəsində miqrantlara qarşı daha yumşaq davranmaqla bağlı Avropa İttifaqı ölkələrinin üzərinə düşən beynəlxalq ictimai təzyiq daha da böyüdü.

Son həftələrdə 10 min nəfərdən artıq qaçqın, sərhədçilərin mane olmaq cəhdinə baxmayaraq, Yunanıstandan Makedoniyaya keçiblər. Ümumiyyətlə, miqrantların bir qismi Yunanıstan və İtaliyaya çatdıqdan sonra Makedoniya, Serbiya, Macarıstan kimi ölkələrin ərazisindən keçərək Almaniya, Fransa, Skandinaviya ölkələri kimi daha inkişaf etmiş, yaxud miqrasiya siyasəti daha yumşaq olan ölkələrə üz tuturlar.

Suriyalı qaçqınların qəbulunda ABŞ yükün nisbətən az bir hissəsini üzərinə götürüb. Məlumatlara görə, ABŞ 2016-cı ildə 5-8 min arası suriyalı qaçqını qəbul etmək niyyətindədir. İndiyə qədər isə BMT-nin qaçqınların işi üzrə komissarlığının tövsiyəsi ilə 15 min qaçqını qəbul edib. 2015-ci ildə isə 1-2 min arası qaçqının ölkəyə qəbulu planlaşdırılıb.

BMT-nin açıqlamasına görə, bu ilin iyul ayında suriyalı qaçqınların sayı 4 milyon nəfəri keçib. Onların əksəriyyəti Türkiyə, İordaniya, Livan kimi region ölkələrində yerləşiblər. Lakin bu ölkələrin qaçqınlara verə biləcəyi sığınacaq və təminatın məhdudluğu, miqrantların isə durmadan artması Avropaya üz tutanların sayını yüksəldir. Həmçinin, qaçqınlar Aralıq dənizi ilə qarşı tərəfə keçə bilmək üçün çox zaman məhz İŞİD silahlılarının razılığını almaq, bunun üçün isə onlara adambaşına 3-4 min dollara qədər məbləğ ödəmək məcburiyyətində qalırlar (bax: "Выброшенный на берег гуманизм" / "Комсомольская правда", 5 sentyabr 2015). İŞİD-in gücünü artırmasına yönəldilən bu vəsaitlər sayəsində terrorçu təşkilat öz cinayətkar əməllərini daha da genişləndirir, nəticədə, regiondan qaçqın düşənlər daha da çoxalır.

Avropaya çatan miqrantların üzləşdikləri problemlər

Avropaya gələn miqrantlar bəzən üzləşdikləri yeni şəraitdən də narazı qalırlar. Bir müddət əvvəl İtaliyanın maliyyə paytaxtı Milanda yüzlərlə miqrant yaşayış şəraitlərinin pis olmasına və iş axtarmalarına icazə verilməsi üçün uzun müddət gözləmələrinə etiraz olaraq aksiya keçiriblər. Onlar qeydiyyat və şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini də uzun müddət gözləmək məcburiyyətindədirlər. İtaliya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2015-ci ildə ölkəyə dəniz yolu ilə 100 mindən çox miqrant daxil olub. İtaliyaya gələnlərin çoxu buradan Şimali Avropa ölkələrinə üz tutmağa çalışır. Hazırda İtaliyadakı sığınacaqlarda yerləşən 85 min nəfərdən çox miqrant isə onlara iş axtarmağa icazə verən müvəqqəti sənədləri əldə etmək istəyirlər (bax: Migrants scuffle with police in Italian city, denounce conditions / "Reuters", 24 avqust 2015).

Ümumiyyətlə, bir sıra Avropa ölkələrində qanunsuz miqrantların işləməsinə uzun müddət icazə verilmir. Görünür, bu amil iqtisadi böhrandan əziyyət çəkən region ölkələrinin öz əhalisi arasında işsizliyin kifayət qədər yüksək səviyyədə olması və əhalinin əlavə ucuz işçi qüvvəsinin artmasından narazılığı ilə bağlıdır.

Son illərdə Avropada antimiqrant, ksenofob çağırışları edən sağçı partiyaların nüfuzunun artması da müşahidə olunur. Sağçı radikalların daha fəal olduğu Almaniyada miqrantlara sığınacaq üçün ayrılan bəzi binalar yandırılır. İqtisadi amillərlə yanaşı, miqrant axınının artması Avropada bir sıra mühafizəkar, sağçı qruplar, hətta yüksək vəzifəli rəsmi şəxslər tərəfindən "Qərb sivilizasiyasının sonu", "Avropa mədəniyyətinin tənəzzülü", "xristianlığa təhdid", bəzən hətta "ağ irqin yoxa çıxması" şəklində qiymətləndirilir. Bununla da ictimaiyyətdə miqrantlara, fərqli mədəniyyətlərin daşıyıcılarına, başqa irqlərə münasibətdə kütləvi qorxu və qəzəb hissi yaradılır. Britaniya xarici işlər naziri Filip Hammondun bu yaxınlarda səsləndirdiyi "milyonlarla talançı afrikalı miqrant Avropa İttifaqının yaşayış standartına və sosial quruluşuna təhlükə yaradır" fikri ölkəsində geniş əks-səda doğurub. Üstəlik, Baş nazir Devid Kemeron da Hammondun mövqeyi ilə şərik olduğunu köməkçisi vasitəsilə cəmiyyətə bəyan edib. Ölkədəki liberallar və Leyboristlər partiyasının üzvləri hökumət rəhbərliyini bu cür yanaşmaya görə tənqid edirlər (bax: 'Marauding' migrants threaten standard of living, says foreign secretary / "The Guardian", 10 avqust 2015).

Rəhbər şəxslərin son illərdə davamlı olaraq sərgilədiyi bu mövqe Qərbdə multikulturalizm, tolerantlıq, plüralizm dəyərlərindən imtinanın göstəricilərindəndir.

Almaniya və Britaniya qarşı-qarşıya

Almaniya Kansleri Angela Merkel isə Britaniya rəhbərliyindən fərqli olaraq miqrantlara münasibətdə daha loyal mövqedə olduğunu nümayiş etdirir. Başqa bir tərəfdən, görünən odur ki, Almaniya avrozona böhranında olduğu kimi, miqrant böhranının aradan qaldırılmasında da aparıcı rol oynamaq niyyətindədir. Belə ki, Merkel Britaniya da daxil olmaqla Aİ ölkələrinin daha çox sayda miqrant qəbul etməsini istəyir. Dublin konvensiyası sığınacaq axtaranların gəldikləri ilk Aİ ölkəsində qalmasını tələb edir. Merkelin isə hətta suriyalı qaçqınlara hansı ölkəyə müraciət etmələrindən asılı olmayaraq Almaniyada məskunlaşmalarına icazə verdiyi bildirilir (bax: Angela Merkel calls on EU to help Western Balkans face migrant influx / "The Telegraph", 27 avqust 2015).

Merkel və Fransa Prezidenti Fransua Olland miqrant yükünü paylaşmaq üçün Aİ çərçivəsində yeni sazişin imzalanmasını zəruri hesab edirlər. İndiki məqamda miqrasiya siyasətini liberallaşdırmağa çalışan Almaniya-Fransa müttəfiqliyi, Aİ rəhbərliyi və BMT də daxil olmaqla onlara tərəfdar çıxan qüvvələr ilə daha mühafizəkar miqrasiya siyasəti tərəfdarı olan Britaniya və əsasən Şərqi Avropa ölkələrinin qarşıdurması müşahidə olunur.

Bu vəziyyəti təhlil edən ekspertlər Aİ ölkələrinin seçim qarşısında qaldığını bildirirlər. Onlar ya milli dövlətlərin miqrasiya siyasətinin müəyyənləşdirilməsində müstəqil fəaliyyətinə dəstək verməli, ya da bu sahədə qəti və birmənalı mərkəzləşdirilməyə tərəfdar çıxmalıdırlar. Çünki Aİ-nin açıq sərhədlər, sərbəst hərəkət siyasəti ilə milli dövlətlərin öz sərhədlərindən kimləri buraxıb-buraxmayacaqlarına qərarvermə səlahiyyətləri arasında ziddiyyət yaranıb. Bu ziddiyyət ittifaqın təməllərini sarsıda bilər (bax: əvvəlki mənbə).

Aİ daxilində miqrantların ölkələrə kvotalarla paylanması ilə bağlı ortaq razılığın əldə olunmaması səbəbindən bir sıra ölkələr problemi özləri həll etməyə çalışırlar. Aİ-nin açıq sərhədlər siyasəti səbəbindən ittifaq ölkələri sərhədi qanunsuz yollarla, hətta sərhədçilərlə əlbəyaxa şəkildə keçənlərin əksəriyyətini məsuliyyətə cəlb etmirlər. Bu ölkələr, xüsusən də Macarıstan miqrantların daxil olduğu sərhəd zonalarında çəpərləmə yolu ilə axının qarşısını almağa çalışır.

Böhranı necə aradan qaldırmalı?

Proqnozlar yaxın aylarda böhranın daha da dərinləşəcəyindən xəbər verir. BMT-nin qaçqınların işi üzrə komissarlığı bu ilin noyabr ayınadək Cənubi Avropaya bir gündə təqribən 3 min miqrantın daxil olacağını proqnozlaşdırır. Bu isə qitə ekspertlərini, siyasətçilərini vəziyyətdən təcili çıxış yolları üzərində düşünməyə vadar edir.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer və vitse-kansler Ziqmar Qabrielin mətbuatda dərc olunan birgə yazısında müəlliflər miqrant böhranından qurtulmağın bir sıra yollarını təklif edirlər. Təkliflərdən biri odur ki, Aİ-nin istənilən ölkəsinə gedən qaçqınlar insani şəraitlə təmin olunmalıdır, bunun üçün isə Aİ miqyasında ümumi standartlar müəyyən edilməlidir. Digər bir təklifə görə, Aİ daxilində ümumi sığınacaq vermə siyasəti olmalıdır. Həmçinin qaçqınların Avropa boyunca "ədalətli bölüşdürülməsinə" ehtiyac var. Müəlliflərin fikrincə, Almaniya da daxil olmaqla, məhdud sayda ölkənin miqrant yükünün əsas hissəsini üzərinə götürdüyü sistem davamlı ola bilməz. Müəlliflər Aİ-də miqrasiya məsələlərini qismən tənzimləyən Dublin konvensiyasının yenidən işlənməsini, bütün Aİ ölkələri üçün qaçqın kvotalarının müəyyənləşdirilməsini təklif edirlər. Onlar həm də Aİ ölkələrinin sərhəd nəzarəti siyasətinin "ümumi yanaşma" əsasında həyata keçirilməsini istəyirlər. Miqrantların əsas mənbəyi olan ölkələrdə zorakılıq və vətəndaş müharibələrinə son qoyulmasına, xüsusən də gənclər üçün öz ölkələrində iqtisadi və sosial imkanların yaradılmasına yardım edilməsi çağırışı da yazıda yer alır (bax: How the EU can solve the migrant crisis, in ten points / "The Telegraph", 25 avqust 2015).

Avropa İttifaqı rəhbərliyinin mövqeyi Almaniya hökumətinin yanaşmasına yaxındır. Yaxın günlərdə Aİ-nin region ölkələri üçün qəbul etməli olduqları miqrantların kvotasını açıqlayacağı gözlənilir. İttifaq rəhbərliyinin bu çağırışına bir sıra Aİ ölkələrinin nə dərəcədə əməl edəcəyi sual altındadır. Aİ daxilində bu fikir ayrılığının davam etdiyi müddətdə isə qeyri-sabit regionlardan qaçqınların qitəyə axını artmaqdadır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb