Avropanın nüfuzlu elektron jurnalında “Xocalıya ədalət!” kampaniyası barədə məqalə dərc edilmişdir
Paris, 27 fevral (AZƏRTAC). Azərbaycanın Belçika Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 27-də Avropanın nüfuzlu mətbuat vasitələrindən biri olan “EU Reporter” elektron jurnalında və internet səhifəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş “Xocalıya ədalət!” başlıqlı məqalə dərc edilmişdir.
Britaniyalı jurnalist Kolin Stivens tərəfindən yazılmış məqalədə Xocalı faciəsi, eləcə də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyanın fəaliyyəti barədə məlumat verilir. Məqalədə bu kampaniyadan gənclərin gözlədiyi məqamlar haqqında söhbət açılır.
Müəllif Srebrenitsada baş verən hadisələrin Haaqa Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı kimi tanındığını qeyd edərək, Azərbaycan xalqının Xocalı faciəsinə beynəlxalq ictimaiyyətin siyasi qiymət verməsini gözlədiyini vurğulayır. K.Stivens qeyd edir ki, 20 ildən sonra Avropa öz dəyərlərinə riayət edərək, Xocalı faciəsinə də eyni qiyməti verməlidir.
Məqalənin sonunda müəllif bildirir ki, insan faciələrinə yanaşma seçilən deyil, vahid olmalıdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]