Avroparlamentə seçkilər: Fransada Milli Birlik Partiyası öndədir
Paris, 7 iyun, AZƏRTAC
Avropa Parlamentinə (AP) beşillik müddətə nümayəndələrini seçmək üçün Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşları seçki məntəqələrinə getməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Estoniya, Niderland, Çexiya kimi Avropa ölkələrində iyunun 3-dən başlayan seçkilər Malta, Latviya, Slovakiya və İtaliya kimi ölkələrdə iyunun 8-dən start götürəcək. Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, Litva, Lüksemburq, Portuqaliya, Polşa, Rumıniya, Sloveniya, İspaniya və İsveç kimi ölkələrdə isə seçkilər iyunun 9-da keçiriləcək.
Ümumilikdə Avropa Parlamentinə 720 üzv beş il müddətinə seçiləcək və onlar da öz növbəsində hazırda maltalı Roberta Metsolanın tutduğu vəzifəyə - Avropa Parlamentinin sədri vəzifəsinə yeni sədr seçəcəklər.
Fransada da Avropa seçkiləri iyunun 9-da keçiriləcək. İPSOS-un son sorğusuna əsasən, fransızların yalnız 48 faizi səsverməyə gedəcək. Seçkilərə iki gün qalmış keçirilən sosial sorğunun nəticələrinə görə, Jordan Bardellanın rəhbərlik etdiyi Milli Birlik Partiyasının siyahısı sorğu iştirakçılarının 32 faizinin səsini qazanıb və liderdir. Emmanuel Makronun partiyası isə 0,5 faiz səs itirib və 15,5 faizlə ikinci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]