Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropaya qaz ixracının artırılması Azərbaycana Avrasiyanın enerji xəritəsini yenidən cızmağa imkan verəcək

Avropaya qaz ixracının artırılması Azərbaycana Avrasiyanın enerji xəritəsini yenidən cızmağa imkan verəcək

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, son illərdə, xüsusilə də Cənubi Qaz Dəhlizi işə düşdükdən sonra ümumilikdə Avropanın, o cümlədən Balkan ölkələrinin Azərbaycanın enerji resurslarına olan marağı və ehtiyacı artmaqdadır. Son illərdə Balkan ölkələrinin bir neçəsi Azərbaycan təbii qazını idxal etməyə başlayıb. Bir çox digər ölkələr isə Azərbaycan qazına çıxış əldə etmək üçün infrastruktur layihələri üzərində işləyir.

Bu baxımdan Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan qazının Avropa İttifaqına (Aİ) çatdırılması üçün yeni marşrutun formalaşmasına imkan yaradaraq iştirakçı ölkələr arasında strateji tərəfdaşlığın təmin edilməsinə ciddi töhfə verəcək. Bu üsul alternativ marşrut olaraq Azərbaycanın təbii qazının yeni bazarlara çıxışını təmin edəcək, ölkəmizin etibarlı tərəfdaş kimi sabit enerji təchizatında strateji mövqeyini möhkəmləndirəcək, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu daha da artıracaq.

Ötən il Avropa İttifaqı ilə imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu 2027-ci ilə qədər Azərbaycandan Aİ-yə təbii qazın həcminin iki dəfəyə qədər artırılaraq 20 milyard kubmetrə çatıdırlmasını nəzərdə tutur. Bolqarıstanda imzalanan sənəd isə əlavə marşrutlar vasitəsilə Avropaya qaz ixracının artırılmasına töhfə verəcək. Yeni memorandum həm də “Həmrəylik Halqası” təşəbbüsünün (Solidarity Ring) reallaşması üçün böyük əhəmiyyət daşıyır. Avropa Komissiyası tərəfindən dəstəklənən və Bolqarıstan tərəfindən təklif edilən bu təşəbbüs Avropa İttifaqı, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə təbii qaz nəqlinin təhlükəsizliyinin artırılması məqsədi daşıyır. “Həmrəylik Halqası” təşəbbüsünün icrası Azərbaycanın Avropa İttifaqı və Balkan ölkələri ilə münasibətlərini yeni mərhələyə daşıyacaq. Bu təşəbbüsün icrasında Azərbaycan əhəmiyyətli rola malikdir. Belə ki, bu çərçivədə Azərbaycan tərəfindən atılan addımlar, əldə edilmiş razılaşmalar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasətində yeni tarixi səhifənin açılmasına səbəb olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Orxan Bağırov söyləyib.

Baş elmi işçi deyib: “Avropa ölkələrinin Azərbaycan təbii qazına olan marağının artması və bu sahədə əməkdaşlığı genişləndirmələri təkcə ölkəmizin böyük qaz ehtiyatlarına, ixrac üçün texniki imkanlara malik olması ilə bağlı deyil, həm də Azərbaycanın etibarlı tərəfdaş kimi özünü sübut etməsi, Avropa liderlərinin şəxsən Prezident İlham Əliyevə rəğbəti və inamıdır. Uzun illər enerji sahəsində müxtəlif layihələrin icrasında və əməkdaşlığın genişləndirilməsində dövlətimizin başçısı tərəfindən ortaya qoyulan siyasi iradə, əzmkarlıq, götürülmüş öhdəliklərin zamanında, məsuliyyətlə icrası olunması bu inam və rəğbətin formalaşmasına gətirib çıxarıb. Bolqarıstanda Anlaşma Memorandumunun imzalanması mərasimində iştirakçı ölkələrin rəsmi nümayəndələrinin Azərbaycan və şəxsən Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər bunu bir daha sübut edir.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qeyd edib ki, Avropada qaz təchizatının şaxələndirilməsi baxımından ən real və səmərəli yol təbii qazın Azərbaycandan idxal olunmasıdır. O deyib: “Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır və növbəti onillikdə biz ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq”.

Bolqarıstanın Prezidenti Rumen Radev isə bildirib ki, Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson da Azərbaycan haqqında danışaraq qeyd edib ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu fikirlər bir daha göstərir ki, Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Buna görə də Avropada Azərbaycan qazına tələbat artmaqda davam edir. Getdikcə daha çox ölkə öz enerji təhlükəsizliyini Azərbaycanın enerji resursları hesabına təmin etmək istəyir. Eyni zamanda, son illərdə baş verən geosiyasi proseslər səbəbindən Avropada yaranmış enerji böhranının artaraq daha təhlükəli həddə çatmasının qarşısının alınmasında Azərbaycan böyük rol oynayır. Ölkəmiz Avropada enerji təhlükəsizliyinin təmin edilməsində iştirak etməklə həm də Avropada siyasi və iqtisadi sabitliyin qorunmasına da töhfə vermiş olur. Bu da Avropada Azərbaycanın strateji mövqeyini möhkəmləndirir və tərəfdaş kimi əhəmiyyətini daha da artırır.

“Azərbaycan Avropa ilə enerji əlaqələrinin genişləndirilməsində təkcə təbii qaz ilə kifayətlənmir. Eyni zamanda, Azərbaycan bərpaolunan enerji, o cümlədən elektrik enerjisinin ixracı layihələri üzərində işləyir və gələcəkdə qazla yanaşı, həm də Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevrilmək istəyir.

Enerji sahəsində Azərbaycanın əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticələridir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan bu siyasət, 2020-ci ildə CQD-nin tam olaraq işə düşməsi ilə daha da möhkəmlənib və Azərbaycanın enerji resurslarının ixracı imkanlarını daha da genişləndirib. Zamanında yaradılmış yeni və çoxşaxəli qaz nəqliyyatı infrastrukturu Azərbaycana imkan verib ki, bir çox ölkələri təbii qazla təmin etsin. Əməkdaşlıq çərçivəsində Azərbaycanın resurslarının ixracı həm də Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsi və təminatının coğrafiyasının genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmin yaradır. Beləliklə, Azərbaycan fəal enerji diplomatiyasını davam etdirməkdədir. Avropaya qaz ixracının artırılması, gələcəkdə yaşıl enerji və hidrogen enerjisinin ixracı, elektrik enerjisinin ötürülməsi ilə bağlı planlaşdırılan layihələr tamamilə yeni vəziyyət yaradaraq Azərbaycana tərəfdaşları ilə birlikdə Avrasiyanın enerji xəritəsini yenidən cızmağa imkan verəcək”, - deyə Orxan Bağırov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb