Avstraliyada birmotorlu təyyarə qəzaya uğrayıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Avstraliyanın paytaxtı Kanberra yaxınlığında birmotorlu, beş yerlik təyyarə qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində azı bir nəfər ölüb. Bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.
Məlumata görə, birmotorlu Cirrus SR22 təyyarəsi Kanberra hava limanından havaya qalxdıqdan altı dəqiqə sonra yerə çırpılıb və yanıb. Hadisə yeri əhatəyə alınıb, polis əməkdaşları təyyarədə neçə sərnişinin olduğunu öyrənməyə çalışırlar.
Həmçinin bildirilir ki, hələlik təyyarənin sahibi haqqında əlavə məlumat və ya uçuşla bağlı təfərrüatlar yoxdur. Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu hadisə ilə bağlı araşdırmalara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]