Avstraliyada sayentoloji mərkəzdə insanlara bıçaqla hücum edən yeniyetmə həbs olunub
Tokio, 3 yanvar, AZƏRTAC
Sidneyin şimalında yerləşən Sayentologiya kilsəsinin mənzil-qərargahında qətl hadisəsi törədən yeniyetmə həbs edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Cənubi Uels Ştatı Polisinin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hadisə yerli vaxtla təqribən saat 13:00 radələrində Qrevil stritdəki dini mərkəzdə törədilib.
“Polis zabitləri silahlı hücum barədə məlumat aldıqdan sonra mərkəzə daxil olublar. Hadisə yerində iki yaralı kişi və onlara hücum etmiş bir yeniyetmə aşkar edilib. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıblar, onlara hücum edən şəxs isə həbs olunub”,- deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, zərərçəkənlərdən biri - 20 yaşlı kişi sonradan ölüb. Həmin şəxslərə hücum edən yeniyetmənin həbs olunarkən heç bir müqavimət göstərmədiyi və təhqiqatın davam etdirilməsi üçün polis məntəqəsinə aparıldığı bildirilir.
Sidneydəki sayentoloji mərkəz 2016-cı ilin sentyabrında açılıb və Asiya-Sakit okean regionunda təşkilatın əsas mənzil-qərargahı hesab edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]