Avstraliyada yanvarın 22-si matəm günü elan olunub
Bakı, 13 yanvar, AZƏRTAC
Sidneydə Hanuka bayramı mərasimində törədilmiş terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar yanvarın 22-si Avstraliyada matəm günü elan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə qərarı Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz elan edib. Baş nazir Avstraliya parlamentində keçirilən mətbuat konfransında bildirib ki, matəmlə əlaqədar federal parlamentin yay tətili 2 həftə erkən başa çatacaq. Məqsəd silah sahibliyi haqqında qanuna dəyişiklik məsələsinə baxılmasıdır.
Qeyd edək ki, dekabrın 14-də yəhudilərin Hanuka bayramı zamanı Sidneydəki Bondi çimərliyində atışma baş verib. Nəticədə 15 nəfər qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri polis tərəfindən məhv edilib, digəri isə saxlanılıb. Polis hücumu yəhudi icmasını hədəf alan terror aktı adlandırıb.
Bondi terrorunu törədənlərdən birinin odlu silah lisenziyasına sahib olması haqda məlumat yayılandan sonra ölkədə silah satışı ilə bağlı qanunun dəyişdirilməsi üçün müzakirələr başlayıb. Hökumət bu istiqamətdə əhalidən silahların satın alınması proqramına başladığını elan edib. Baş nazir Entoni Albaniz deyib ki, hökumət bu proqram çərçivəsində yüz minlərlə odlu silahın toplanaraq məhv edilməsini hədəfləyib. O, əhalinin əlində 4 milyondan çox odlu silah olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]