Azərbaycan- Lüksemburq voleybol oyunu başlayıb
Bakı, 5 yanvar, AZƏRTAC
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirir.
AZƏRTAC xəbər verir ki, seçmə mərhələnin “G” qrupunda ikinci pillədə qərarlaşan millimiz Azərbaycan Voleybol Mərkəzində Lüksemburq yığmasını qəbul edir.
Qarşılaşmanın baş hakimi bolqarıstanlı Stoyan Barevdir. İkinci hakim funksiyasını ukraynalı Vitaliy Parşin yerinə yetirir.
Hazırda “G” qrupuna 11 xalla Yunanıstan yığması liderlik edir. Azərbaycan millisi (5 xal) ikinci, İsveç yığması (5 xal) üçüncü, Lüksemburq (3 xal) komandası isə sonuncu yerdədir.