Azərbaycan ABŞ-da keçirilən 11-ci Dünya Oyunlarında ilk medalını qazanıb
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan ABŞ-ın Birmingem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında ilk medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, aerobika üzrə millimiz “dens” kateqoriyasında təsnifat mərhələsində 16,950 xalla 4-cü olub və finala yüksəlib.
Xədicə Quliyeva, Mədinə Mustafayeva, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, İmran İmranov, Rauf Hacıyev, Sənan Mahmudlu, Nigar Mircəlali, Nəzrin Mustafayeva və Auxan Əhmədlidən ibarət kollektiv həlledici mərhələdə 17,250 xallıq nəticə ilə üçüncü olub və bürünc medal qazanıb.
Macarıstan komandası qızıl, Rumıniya kollektivi isə gümüş medala sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]