Azərbaycan-ABŞ əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
Bakı, 13 mart, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi, Birləşmiş Ştatların Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və “Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və “Azadlıq Radiosu”nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.
ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.