“AZƏRBAYCAN-AVROPA VELOSİPED YÜRÜŞÜ”NÜN İŞTİRAKÇILARI GÖYÇAYDA
Göyçay, 3 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Bakı-Gəncə marşurutu üzrə hərəkət edən “Azərbaycan-Avropa velosiped yürüşü”nün iştirakçıları sentyabrın 3-də Göyçaya çatmışlar.
AZƏRTAC xəbər verir ki, qonaqları Göyçay şəhərinin giriş qapısında rayon icra hakimiyyətinin nümayəndələri, idarə və təşkilat rəhbərləri qarşılamışlar.
Aksiya iştirakçıları “AzNar”ASC-nin meyvə şirəsi emalı zavodunda istehsal prosesinə baxmış, rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri ilə tanış olmuşlar. Onlar Göyçay Olimpiya İdman Kompleksində istirahət etmiş, müxtəlif idman növlərində özlərini sınamış, stolüstü tennis, basketbol, mini futbol və üzgüçülük üzrə yarışda iştirak etmişlər.
Velosipedçilər sentyabrın 4-də Mingəçevirə yola düşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]