“AZƏRBAYCAN-AVROPA VELOSİPED YÜRÜŞÜ”NÜN İŞTİRAKÇILARI QƏBƏLƏDƏ
Qəbələ, 2 sentyabr (AZƏRTAC). Azərbaycan Xarici İşlər, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan-Avropa velosiped yürüşü"nün iştirakçıları sentyabrın 2-də Qəbələ rayonuna çatmışlar.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə "Ekologiya ili" çərçivəsində ətraf mühitin qorunması, enerji, ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının və velosiped idmanının təbliği məqsədilə keçirilən aksiyanın iştirakçıları Qəbələnin görməli yerlərini gəzmiş, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri ilə tanış olmuş, tarixi abidələrə, konserv zavodunda istehsal prosesinə baxmış, yeni istifadəyə verilmiş beş ulduzlu “Qafqaz Riverside” otelində istirahət etmişlər.
Velosipedçilər arasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas da vardır.
Ümumilikdə, 14 ölkədən 32 velosipedçinin, o cümlədən 11 həmyerlimizin iştirak etdiyi yürüş sentyabrın 6-dək davam edəcəkdir. Bu günədək Şamaxı və İsmayıllı rayonlarını geridə qoymuş yürüş iştirakçıları sentyabrın 3-də Göyçayda, 4-də Mingəçevirdə, 5-6-da isə Gəncədə olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]