Azərbaycan Banklar Assosiasiyası ilə KOB-ların maliyyəyə çıxışı müzakirə edilib
Bakı, 6 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası arasında KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və hər iki qurumun nümayəndələri iştirak ediblər.
Görüşdə Agentliyə KOB subyektlərindən maliyyəyə çıxışla bağlı daxil olan müraciətlər, bu sahədə KOB-ların qarşılaşdıqları çətinliklər barədə məlumat verilib, mövcud problemlərin həllinə, alternativ maliyyələşdirməyə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]