Azərbaycan Berlin şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 2 mart (AZƏRTAC). Martın 7-dən 11-dək Almaniyanın paytaxtı Berlində “İTB-2012” Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 104 kvadratmetrlik pavilyonda nümayiş olunacaqdır. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ olunacaqdır.
Sərgidə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
Səfər çərçivəsində Azərbaycan ilə Almaniya arasında mövcud əməkdaşlığın müzakirə olunması və gələcək əlaqələrin gücləndirilməsi məqsədi ilə bir sıra ikitərəfli görüşlər keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]