Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını təhvil verib
Bakı, 26 may, AZƏRTAC
Mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi Şəhər Məhkəməsinin 2023-cü il oktyabrın 25-i tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İrakli Berdzenadze 2025-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək həbs olunub.
“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 1993-cü il yanvarın 1-i tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib”, - deyə məlumatda bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]