Azərbaycan boksçuları Avropa çempionatında 4-cü medalı təmin ediblər
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, komanda yoldaşlarının uğurunu 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Allahverdiyev davam etdirib. O, 1/4 finalda Matvi Raybanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev finala gedən yolda serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.
Bununla da yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 4-ə çatıb. Daha əvvəl Marjona Savriyeva (50 kiloqram), Tural Sarıyev (48 kiloqram) və Nicat Hüseynov (51 kiloqram) 1/2 finala adlamaqla ən azı bürünc medalı təmin ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]