Azərbaycan boksçuları “Drakula Open” turnirini 9 medalla başa vurublar
Bakı, 24 fevral, AZƏRTAC
Rumıniyada gənc boksçular arasında keçirilən “Drakula Open” beynəlxalq turnirinə yekun vurulub.
Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 23 ölkənin qatıldığı yarışı Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.
Komandanın heyətində Bilalhəbaşi Nəzərov (51 kiloqram) finalda Maksim Maşevskini (Ukrayna) sınağa çəkib. 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn boksçu birinci yeri tutub.
Zidan Hümbətov (54 kiloqram) ukraynalı Oleksandr Paşiçenkodan güclü olub. O, həlledici görüşdə 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sübhan Babayev (57 kiloqram) finalda Stefan Udroiu (Rumıniya) ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
Məhəmməd Cəfərov (+92 kiloqram) isə final görüşünün taleyini ilk raundda öz xeyrinə bitirib. Denis Cucuya (Rumıniya) tam üstünlüklə qalib gələn idmançı millimizin qızıl medal sayını 4-ə yüksəldib.
Digər boksçulardan Hikmət Məmmədov (48 kiloqram) gümüş, Baqir Əmirxanlı (60 kiloqram), Abbasqulu Şadlinski (75 kiloqram), Mircəlal Mirağayev (80 kiloqram) və Hüseyn Hüseynli (92 kiloqram) bürünc medal qazanıb.
“Drakula Open”i 9 mükafatla başa vuran Azərbaycan yığması komanda hesabında ikinci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]