Azərbaycan çempionatında 6-cı turun oyunlarının nəticələri məlum olub
Naxçıvan, 27 may, AZƏRTAC
Naxçıvanda keçirilən şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında 6-cı turun oyunlarının nəticələri məlum olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şahmatçı Nəsrin Babayeva (1704) bu turda FIDE ustası Ləman Hacıyeva (1982) ilə qarşılaşıb və turu məğlubiyyətlə başa vurub. Nazlı Hümbətova (1381) qrossmeyster Zeynəb Məmmədyarova (2274) ilə qarşılaşıb və “sülh”ə imza atıb. Eyni nəticə beynəlxalq usta Səbinə İbrahimova (2213) ilə beynəlxalq usta Gövhər Beydullayevanın (2263) oyununda da qeydə alınıb.
Beynəlxalq usta Gülnar Məmmədovaya (2382) rəqib olan qrossmeyster Ülviyyə Fətəliyeva (2301) məğlubiyyətə uğrayıb.
Qrossmeyster Xəyalə Abdulla (2263) bu turda FIDE ustası Ayan Allahverdiyevadan (2088) üstün olub. Səbinə Rzalı (1925) ilə Mələk İsmayıl (1997) arasında keçirilən görüş isə heç-heçə başa çatıb.
Turnir cədvəlinə hazırda 5,5 xalla Gülnar Məmmədova başçılıq edir.
Yeddinci turda aşağıdakı oyunlar olacaq:
Ləman Hacıyeva - Gövhər Beydullayeva
Ülviyyə Fətəliyeva - Nazlı Hümbətova
Zeynəb Məmmədyarova - Ayan Allahverdiyeva
Səbinə İbrahimova - Səbinə Rzalı
Xəyalə Abdulla - Nəsrin Babayeva
Mələk İsmayıl - Gülnar Məmmədova.