Azərbaycan çempionatlarında əsrin ən yaxşı ikinci göstəricisi qeydə alınıb
Bakı, 12 fevral, AZƏRTAC
“Qarabağ” Misli Premyer Liqasının XXII turunun “Səbail”lə görüşündə 18 dəqiqəyə 5 qol vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu 76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib.
Bu, Azərbaycan çempionatlarında XXI əsrin ikinci göstəricisidir. 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub.
2012/2013-cü illər mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60-73-cü dəqiqələrdə buna imza atıb. Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]