Azərbaycan diasporunun gənc üzvləri yay düşərgəsində bir ayara gələcəklər
Bakı, 25 iyun, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan Azərbaycan əsilli gəncləri ölkəmizdə bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirmək niyyətindədir. Həmin gənclər Komitənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə təşkil etdiyi Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak edərək görüşmək imkanı qazanacaqlar.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, düşərgədə iştirak üçün qeydiyyat davam edir. Düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunur. Arzu edənlər sənədlərini iyunun 30-dək elektron qaydada göndərməlidir. Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak pulsuzdur. İştirakçıların seçim meyarları və digər məlumatlarla Komitənin saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]