Azərbaycan Dövlət Filarmoniyasında balaca və istedadlı fortepianoçunun konserti olacaq
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin fortepiano şöbəsinin 4-cü sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq və yerli müsabiqələr laureatı Cəmil Sədizadənin solo konserti keçiriləcək.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, balaca fortepiano ustası Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcək.
Konsertdə F.Şopenin “Fantaziya-Ekspromt”, “Böyük Parlaq Polonez” , L.V.Bethovenin “Rondo- Kapriccio”, Q.Qarayevin “Prelüdlər”, S. Slominskiyin “Zınqırov” əsərləri və digər kompozisiyalar səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:22]
ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub
- 23.09.2026 [11:10]
Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi
- 23.09.2026 [10:55]
Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi
- 22.09.2026 [19:42]
“Yeni qala” konsert kompleksinin açılışı olub
- 22.09.2026 [17:37]