Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən anım mərasimində soyqırımının acı nəticələrindən danışmışlar
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilmişdir.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən bəri Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd edildiyini vurğulamışdır. Bu tarix bilavasitə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı yürütdüyü hərbi, siyasi, ideoloji siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “böyük Ermənistan” dövləti yaratmaq idi.
Sonra universitetin Azərbaycan tarixi kafedrasının professoru, Vəkil Həsənov məruzə ilə çıxış etmişdir.
Tədbirdə ədəbi-bədii kompozisiya, soyqırımını əks etdirən sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]