Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövlətinin gənclər siyasəti sağlam və intellektual nəslin formalaşmasına xidmət edir

Bakı, 26 iyul (AZƏRTAC). İyulun 26-da Gənclər və İdman Nazirliyinin yaranmasının 20-ci ildönümü tamam olur. Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılan Gənclər, İdman və Turizm Nazirliyi 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə yenidən təşkil edilərək Gənclər və İdman Nazirliyi adlandırılıb. Ölkəmizdə gənclər siyasətinin əsas icra orqanı məhz bu qurumdur.

Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş yol açdı. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis olunması, bu sahədə dövlət proqramlarının qəbulu Heydər Əliyevin gənclərə böyük qayğısının göstəricisi idi.

Hazırda Azərbaycanda dövlət gənclər siyasəti mahiyyət və keyfiyyət etibarilə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi qərarlar, təsdiq etdiyi Dövlət proqramları uğurla icra olunur və müsbət nəticələr verir. Müasir dövrdə Gənclər və İdman Nazirliyinin qarşısında daha mühüm, daha məsul vəzifələr durur. İndi bu nazirlik Azərbaycan gəncliyinin formalaşmasında mühüm rol oynayan ən böyük qurumdur.

Azərbaycan dövləti ölkənin gələcəyi olan yeni nəslin hazırlanmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi: 2011-2015-ci illər Dövlət Proqramı” gəncliyin rifahına hesablanan dövlət qayğısını bir daha ortaya qoydu. Dövlətimizin başçısının digər bir Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. 2007-ci il Azərbaycanda “Gənclər ili” elan edildi və bu çərçivədə silsilə tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin təsdiq etdiyi digər bir mühüm sənəd - “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkan açıb.

Azərbaycanda istedadlı gənclərə qayğı yüksək səviyyədədir. Bunun nəticəsidir ki, 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision-2011” mahnı müsabiqəsində ölkəmizi təmsil edən gənclər parlaq qələbə qazandılar. Bu qələbə mötəbər yarışmanın 2012-ci ildə Azərbaycanda keçirilməsinə səbəb oldu. Ölkəmiz bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməklə adını “Eurovision” tarixinə böyük hərflərlə yazdı.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Təkcə paytaxtda deyil, bölgələrdə də yeni olimpiya idman kompleksləri tikilərək istifadəyə verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında bir-birindən uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan idmançıların layiqincə qiymətləndirilməsi onları daha böyük uğurlara həvəsləndirir, nəticədə əldə edilən nailiyyətlərin sayı ildən-ilə artır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “İdman ili” elan edilən 2012-ci il idmançılarımız üçün çox uğurlu olub. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olundu. Olimpiadada uğurla çıxış edən idmançılarımız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla əvvəlki Olimpiya Oyunlarındakı rekordu yenilədilər.

Bu gün ölkəmizdə idman əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Tennis Federasiyası uğurla fəaliyyət göstərir. Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzi fəaliyyətini daha müasir səviyyədə bərpa edib. Qusarda yaradılan Şahdağ Qış-Yay Turizm Kompleksi isə ölkəmizdə dağ-xizək idmanı və digər qış idman növlərinin, eləcə də turizmin inkişafı üçün hərtərəfli imkanlar açıb. Şahdağ Milli Parkının ərazisində yerləşən, ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilən bu kompleks indi çoxsaylı turistlərin üz tutduğu məkanlardan biridir. Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət kompleksinin inşası da Prezident İlham Əliyevin ölkəmizdə idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğının sistemli xarakterindən xəbər verir.

Azərbaycanda uğurla həyata keçirilən idman siyasəti nəticəsində ölkəmiz artıq mötəbər beynəlxalq yarışların keçirildiyi məkana çevrilib. Bakıda bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları yüksək səviyyədə keçib. 2012-ci ilin sentyabrında Azərbaycan 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinə uğurla ev sahibliyi edib.

2012-ci il dekabrın 8-i isə Azərbaycanın idman tarixinə çox əlamətdar bir hadisə kimi yazıldı. Həmin gün Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərar qəbul edildi. Bu, ölkəmizdə idman sahəsində görülən böyük işlərin məntiqi nəticəsi, eyni zamanda, Avropa Olimpiya ailəsinin Azərbaycana verdiyi yüksək qiymətdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva sədrlik edir. Ötən il iyulun 11-də bu mötəbər idman yarışının rəsmi internet səhifəsi təqdim olundu. Bu il iyunun 11-də isə ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Bakı bulvarında möhtəşəm atəşfəşanlıq təşkil edildi.

Bu il iyulun 9-da Fransanın Kann şəhərində keçirilən “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində “Bakı-2015”in təntənəli təqdimat mərasimi oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edərək ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi barədə məlumat verdi. İyulun 11-də isə Kannda Avropa Oyunlarına həsr olunan yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etdi.

Artıq ilk Avropa Oyunlarına bir ildən də az vaxt qalır. Ötən dövrdə görülən işlər, tikilən yeni idman obyektləri Azərbaycanın bu Oyunlara yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminlik yaradır.

2017-ci ildə Azərbaycanda daha bir mötəbər yarış - IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Son illərdə Azərbaycanın idman infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən mühüm tədbirlər, yeni obyektlərin tikilib istifadəyə verilməsi, mövcud idman obyektlərinin yenidən qurulması beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. Artıq Milli Gimnastika Arenasının tikintisi başa çatıb. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın xüsusi qayğısı idmanın bu növünün inkişafına böyük töhfə verir. Bakıda Olimpiya stadionunun tikintisi xüsusi əhəmiyyət kəsb edir. Burada tikinti yüksək sürətlə davam edir və Prezident İlham Əliyev görülən işləri xüsusi nəzarətdə saxlayır.

Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. İndi ölkəmizdə bir çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Azərbaycan gənclərin xarici ölkələrdə təşkilatlanması uğurla gedir. “Rusiyanın Azərbaycanlı gənclər təşkilatı”, qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir...

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə, inamla baxmağa əsas verir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb