Azərbaycan enoqastronomik səyahətlər üzrə MDB-də ilk üçlüyə daxil edilib
Moskva, 12 sentyabr, AZƏRTAC
Rusiyanın “TurStat” turizm portalı bu payız mövsümündə MDB məkanında keçirilən ən maraqlı enoqastronomik və şərab festivallarını təqdim edib.
AZƏRTAC xəbər verir ki, MDB ölkələrində və yaxın xaricdə ən yaxşı payız enoqastronomik turlara Azərbaycan, Gürcüstan və Moldova başçılıq edirlər. “TurStat” turizm portalının məlumatına görə, MDB ölkələrinin vətəndaşları və yaxın xaricdən olan turistlər arasında ən populyar enoqastronomik tədbirlər Azərbaycandakı nar festivalı, Gürcüstanın Kaxetiya rayonunda keçirilən “Telavino” şərab festivalı və Moldovada təşkil edilən Milli şərab günüdür.
Reytinq bu tədbirlərin turistlər arasında populyarlığı və unikallığı göstəricilərinə əsasən hazırlanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]