İDMAN
AZƏRBAYCAN FUTBOLU KOMPLEKS İNKİŞAF ETDİRİLMƏLİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ramiz Mirzəyev AFFA-nın keçmiş prezidenti Fuad Musayevin qanunsuz əməllərindən, ölkəmizdə futbolun bərbad halda olmasından və idmanın bu növünü inkişaf etdirmək üçün potensial imkanlardan, habelə perspektiv planlardan danışmışdır. O, bildirmişdir ki, futbolun inkişafına nail olmaq üçün bütün mütəxəssislərin imkanlarından istifadə ediləcəkdir. Eyni zamanda, futbolun infrastrukturu yenidən qurulacaqdır. Bunun üçün əvvəlcə yerlərdəki vəziyyət və imkanlar dərindən öyrənilməli, futbol klubları arasında sağlam rəqabət formalaşdırılmalıdır.
R.Mirzəyevin sözlərinə görə, futbolla məşğul olanların taleyi onların hər birinin gələcək fəaliyyətindən asılı olacaqdır. Xaricdən futbolçuların və məşqçilərin dəvət olunması da AFFA-nın pepspektiv planlarına daxildir. Beynəlxalq miqyaslı yarışlarda milli yığma komandamızın iştirakına və qələbələr qazanmasına nail olmaq üçün Azərbaycan futbolu kompleks inkişaf etdirilməlidir.