İDMAN
AZƏRBAYCAN FUTBOLUNU İNKİŞAF ETDİRMƏK İMKANLARI BÖYÜKDÜR
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev “Neftçi” futbol klubuna rəhbərlikdən istefa vermişdir.
R.Mirzəyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Neftçi” futbol klubunun prezidentliyindən istefa verməsi AFFA-nın nizamnaməsindən irəli gələn bir qərardır. Futbolla məşğul olanlar qurumun nizamnaməsinə sözsüz əməl etməlidir. Belə bir münasibət AFFA-da nizam-intizamın gücləndirilməsinə əsaslı təsir edəcəkdir. Ölkəmizin futbol ictimaiyyətinin mənə göstərdiyi ehtimadın məsuliyyətini başa düşürəm. Azərbaycan futbolunu kompleks inkişaf etdirmək imkanları böyükdür. Əminəm ki, bu imkanlardan səmərəli istifadə etməklə, yaxın illərdə ölkəmizin futbol şöhrətinin bütün dünyaya göstərəcəyik.