Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN GƏMİÇİLİYİNİ DƏ PARÇALANMAQDAN HEYDƏR ƏLİYEVİN QƏTİYYƏTİ XİLAS ETMİŞDİR

GƏMİÇİLİKDƏN AZƏRTAC-a DAXİL OLMUŞ MÜRACİƏTDƏ BELƏ DEYİLİR

Möhtərəm cənab Prezident!

Sizin gəmiçiliyimizin çoxminli kollektivinə bəslədiyiniz xüsusi münasibət hər birimizə yaxşı məlumdur. Dənizçilərimiz gündəlik işlərində daim Sizin diqqət və qayğınızı hiss edir, göstərilən yüksək etimadı doğrultmağa çalışaraq, Azərbaycanımızı dünya sularında layiqincə təmsil edirlər. Buna sübut gəmiçiliyin gündən-günə artan nailiyyətləridir. Peşə bayramımız ərəfəsində imzaladığınız Fərman qəlblərimizi riqqətə gətirdi, kollektivimizdə böyük ruh yüksəkliyi yaratdı. Biz Sizə - öz əziz Prezidentimizə hər birimizin dərin minnətdarlığını bildirir və Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, kollektivimiz onun əməyinə verilən bu yüksək qiymətə yeni nailiyyətlərlə cavab verəcəkdir. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin çoxminli kollektivi bizə bəxş etdiyiniz peşə bayramını artıq ənənəvi surətdə qeyd edir. Belə əlamətdar gündə Sizə - öz diqqət və qayğısını bizdən əsirgəməyən Prezidentimizə nailiyyətlərimiz barədə hesabat verməyimiz də bir ənənəyə çevrilmişdir.

Əziz Prezidentimiz!

Ötən əsrin 90-cı illərinin əvvələrində Azərbaycanın Xəzərdə tutduğu mövqeyi zəiflətmək məqsədilə gəmiçiliyi müəyyən qüvvələrin təsiri ilə parçalamaq üçün onun özəlləşdirilməsinə cəhdlər göstərilirdi. O zaman məhz Sizin qətiyyətli mövqeyiniz sayəsində respublika üçün strateji əhəmiyyəti olan dəniz nəqliyyatının özəlləşdirilməsi plandan çıxarıldı. Daha sonra bilavasitə Sizin köməkliyinizlə dəniz nəqliyyatının inkişafına təkan verən bir çox ciddi addımlar atıldı. Onların nəticəsidir ki, gəmiçilik həm Xəzərdə aparıcı mövqeyini, həm də nəqliyyat donanmasını bütövlükdə qoruyub saxlaya bilmiş və bu il 145 yaşını da yüksək göstəricilərlə qeyd edir. Belə ki, 1998-ci ildə yükdaşımaların həcmi 8 milyon 177,9 min ton olduğu halda, 2002-ci ildə artıq bu göstərici 11 milyon 378 min ton idi. Bu isə həmin dövrdə daşınan yüklər həcminin 39,1 faiz artması deməkdir. Cari ilin 6 ayı üzrə də göstəricilərimiz proqnozla nəzərdə tutulduğundan artıqdır. Hesabat dövrünün nəticələrinə görə, nəqliyyat donanması ilə 5 milyon 300 min ton əvəzinə, 6 milyon 418 min ton müxtəlif yüklər daşınmışdır. Bu dinamik irəliləyişə, mövcud potensialdan tam və səmərəli istifadə edilməsinə görə biz, əlbəttə ki, ilk növbədə Sizə borcluyuq. Məhz Sizin gərgin səyinizlə həyata keçirilən nəhəng planlar, o cümlədən Azərbaycanın neft strategiyasını müəyyənləşdirən “Əsrin müqaviləsi”, tarixi “İpək yolu”nun dirçəldilməsi və ən nəhayət, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası gəmiçilik qarşısında belə geniş imkanlar açmışdır. Gəmiçilik də perspektiv vəzifələrini müəyyənləşdirərək, texniki bazasını möhkəmləndirmək, donanmasını yeniləşdirmək və onun yükdaşıma qabiliyyətini artırmaq üçün bütün lazımi tədbirləri görür və görməkdədir: keçən il bir ədəd quru yük daşıyan gəmi alınmış, bu il isə hər biri 8 min tonluq dedveytə malik olan iki tankerin istismara verilməsi planlaşdırılmışdır. Həmin tankerdən biri -“Professor Əziz Əliyev” gəmisi artıq avqust ayında Bakıya gətiriləcəkdir. İkinci tanker də iyun ayının 28-də suya buraxılmış və ilin sonunadək Bakıda olacaqdır. Hər biri 12 min tonluq dedveytə malik olan daha iki tanker isə gələn il nəqliyyat donanmamızın cərgəsinə qoşulacaqdır. Bu gün gəmiçilik sabit maliyyə vəziyyətində olmaqla, 7 minlik dənizçi ordusunu işlə təmin edir, sosial gərginliyin yaranmasına yol vermir. Dənizçilərin və onların təxminən 35 minə yaxın ailə üzvünün rifahının yüksəlməsinə çalışır: əmək haqları vaxtlı-vaxtında verilir və müntəzəm olaraq artırılır. May ayının əvvəlində dənizçilərin maaşları 20 faiz artırılmış və ilin sonunadək bir daha artırılması nəzərdə tutulmuşdur. Planlı surətdə həyata keçirilən tədbirlər gəmiçilik kollektivinin maddi vəziyyətinə müsbət təsir göstərmişdir. Lakin gəmiçilikdə görülən işlərlə kifayətlənmirlər. Kollektivin hər bir üzvü əldə olunan nailiyyətlərin sayını artırmaq, müstəqil dövlətimizin üçrəngli bayrağını dünya sularında layiqincə dalğalandırmaq üçün əllərindən gələni əsirgəmir.

Əziz Prezidentimiz!

Gəmiçilik XXI əsrə uğurla qədəm qoymuşdur. Onu gələcək nəsillər üçün quruyub saxlamaq, nüfuzunu daha da artırmaq indi bizim ümdə vəzifəmizdir. Bunun üçün kifayət qədər təcrübəmiz var – gəmiçilik həmişə öz əmək ənənələri ilə seçilmiş, neçə-neçə dənizçilər nəsli, əməkçi sülalələri yetişdirmişdir. Oğulun öz atasının sənətini davam etdirmək arzusu hər bir dənizçi üçün fəxrdir. Azərbaycan dövlətçiliyində də belə bir ənənə üçün zəmin var. Bu, möhtərəm Prezidentimizin məktəbində dərs almış siyasətçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyevdir. Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü kimi də onun gərgin və səmərəli fəaliyyəti haqlı olaraq xalqımızın rəğbətini qazanmışdır.

Əziz Prezidentimiz!

Sizin işgüzar, məqsədyönlü, səmərəli əməyiniz hər bir dənizçi üçün əməli fəaliyyət meyarıdır. Əmin ola bilərsiniz ki, kollektivimiz Sizin etimadınızı doğrultmaq üçün öz səy və bacarığını əsirgəməyəcək, Azərbaycanı həmişə layiqincə təmsil edəcəkdir. Başqa cür ola da bilməz. Çünki artıq Azərbaycan məhz Sizin gərgin fəaliyyətiniz sayəsində beynəlxalq aləmdə tanınmış, dünya birliyində özünə layiqli yer tutmuşdur. Görülən işlər xalqımızın sabaha inamını möhkəmlətməklə yanaşı, gələcək uğurların da bünövrəsini qoyur. 145 yaşlı gəmiçiliyin timsalında biz bunun şahidiyik. Oktyabrın 15-də respublikamızda keçiriləcək prezident seçkilərində biz yekdilliklə Sizə - öz sevimli Prezidentimizə səs verəcəyik. Azərbaycan adlı gəmimizin sükanı arxasında biz yalnız Sizin kimi müdrik və qətiyyətli Lideri görürük.

Müraciət Azərbaycan Dövlət Xəzər Dəniz

Gəmiçiliyi işçilərinin peşə bayramı və

gəmiçiliyin 145 illiyi münasibətilə

2003-cü il iyulun 5-də keçirilmiş təntənəli

yığıncaqda qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb