Azərbaycan gimnastları beynəlxalq turnirdə 8 medal qazanıblar
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan idmançıları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində 8 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bunlardan 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc mükafatdır.
Tamblinq üzrə yarışda Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb. Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Batut və ikili minibatut gimnastikası üzrə hərəkətlərin icrasında Hüseyn Abbasov iki, Ammar Baxşalıyev bir qızıl, Nicat Mirzəyev isə bürünc mükafata yiyələnib.
Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-dək davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]