AZƏRBAYCAN-GÜRCÜSTAN SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili Birgə rəsmi məlumat imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında energetika sektorunda əməkdaşlığın genişləndirilməsi haqqında sazişi Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Abbas Abbasov, Gürcüstan tərəfindən yanacaq və energetika naziri Nika Gilauri imzaladılar. Azərbaycan Respublikasının hökuməti və Gürcüstan hökuməti arasında dəmir yolu nəqliyyatı fəaliyyətinin əlaqələndirilməsi haqqında sazişi Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfindən infrastruktur və inkişaf naziri Tamar Suluxiya imzaladılar. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Gürcüstanın Maliyyə Nazirliyi arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi Azərbaycan tərəfindən vergilər naziri Fazil Məmmədov, Gürcüstan tərəfindən maliyyə naziri Zurab Noqaideli imzaladılar. Azərbaycan Respublikasının və Gürcüstanın aviasiya xidmətləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi haqqında protokolu Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov, Gürcüstan tərəfindən Mülki Aviasiya Administrasiyasının rəisi Georgi Mjavanadze imzaladılar. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti və Gürcüstan Dövlət Teleradio Korporasiyası arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən Dövlət Teleradio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev, Gürcüstan tərəfindən Dövlət Teleradio Korporasiyası sədrinin müavini Kaxa Bekauri imzaladılar.