Azərbaycan-Gürcüstan tərəfdaşlığı hərtərəfli inkişaf edir
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və qonşu dövlətlər olan Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Tərəflər ölkələrimiz arasında ədliyyə, penitensiar və notarial xidmətlər sahəsində uğurlu əməkdaşlığın və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]