Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 9-cu iclası Türkiyədə keçiriləcək
Tbilisi, 6 mart, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 9-cu iclası Türkiyədə keçiriləcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar hər üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin Tbilisidə keçirilən 8-ci iclasında qəbul olunub.
A.Ç.Kılıç deyib ki, bundan əvvəl Ankarada hər üç ölkənin parlament sədrlərinin görüşü nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]