Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin rəhbərləri Tbilisidə bir araya gəliblər
Tbilisi, 6 mart, AZƏRTAC
Martın 6-da Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentinin Xarici əlaqələr komitələrinin rəhbərlərinin 8-ci görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin komitə sədri Akif Çağatay Kılıç və Gürcüstan parlamentinin komitə sədri Nikoloz Samxaradze iştirak ediblər.
Görüşdə üç ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]