AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində iyunun 14-dən 15-dək Belçika Krallığının Mons şəhərində Tərəfdaşlığın Koordinasiya Qrupunun illik konfransı, iyunun 14-dən 18-dək İtaliyanın Latina şəhərində “Rabitə və informasiya sistemləri üzrə tanışlıq” kursu, iyunun 14-dən 19-dək Azərbaycanın paytaxtı Bakıda NATO-nun “Yay məktəbi”, iyunun 14-dən 25-dək İspaniyanın Saraqosa şəhərində “Mülki hərbi əməkdaşlıq” üzrə taktiki kurs və iyunun 15-dən 16-dək Belçikanın Brüssel şəhərində NATO-nun Silahlı Qüvvələrin Silahlandırılması üzrə Qrupunun iclası keçirilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.