AZƏRBAYCAN İDMANÇILARI İLK DƏFƏ AÇIQ SUDA ÜZGÜÇÜLÜK ÜZRƏ YARIŞLARDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 1 iyul (AZƏRTAC). Gənclər və İdman Nazirliyində yeni idman
növü - açıq suda üzgüçülük üzrə milli komandaya baş məşqçi Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası bakılı Pyotr Yeqortsevin təyin olunması ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
Ölkəmizi beynəlxalq yarışlarda iki legioner - Sergey Fesenko (Ukrayna) və İnqa Kotsur (Belarus) təmsil edəcəkdir. Açıq suda üzgüçülük yarışları dənizdə, göldə və ya çayda keçirilir. Bu növdə 5, 10 və 25 km məsafələrə qadınlar və kişilər arasında yürüşlər olur. Turnirlərin təşkili üçün suyun temperaturunun müsbət 18 dərəcə olması vacib şərtdir. 10 km məsafəyə yürüş 2008-ci il Pekin Olimpiadasının proqramına salınmışdır.
İdmançılar ilk dəfə olaraq Azərbaycanı avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Dünya Kubokunun mərhələ yarışında təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]