Azərbaycan idmançısı uşu yarışlarının finalında gümüş medalla kifayətlənib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də İslamiadanın uşu yarışlarının üçüncü günündə Azərbaycan idmançısı Elçin Eminov İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub.
AZƏRTAC xəbər verir ki, 56 kiloqram çəki dərəcəsində yarışın finalında İran təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.