AZƏRBAYCAN İLƏ MORDOVİYANIN İQTİSADİ ƏLAQƏLƏRİNİN TƏMƏLİ QOYULUR
Nazir F.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın inkişafına dövlət qayğısı, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə qonaqlara ətraflı məlumat vermiş və qarşılıqlı əlaqələrin hərtərəfli inkişafının vacibliyini vurğulamışdır.
Nümayəndə heyətinin rəhbəri N.Kaliniçenko səmimi qəbul üçün təşəkkürünü bildirərək, Mordoviya-Azərbaycan iqtisadi əlaqələrinin yaradılması və inkişaf etdirilməsi arzusunu bildirmişdir.
Səfər çərçivəsində Mordoviya nümayəndə heyəti, həmçinin Bakı Biznes Mərkəzində ölkəmizin 30-a yaxın təşkilat və şirkətinin nümayəndələri ilə müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparmışlar. Müzakirələrdə Mordoviya iş adamları elektrik avadanlığının, rezin məhsulların, yük avtomobillərinin və digər məhsulların ölkəmizdə müştərək istehsalının təşkilində maraqlı olduqlarını bildirmişlər.
Səfərin nəticəsi olaraq Mordoviya Xarici İqtisadi Əlaqələr Nazirliyi ilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında niyyət protokolu imzalanmışdır.