Azərbaycan ilə Özbəkistan arasında investisiya qoyuluşlarının artırılması imkanları müzakirə edilib
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanları müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən ölkələrimizin iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün həyata keçirilən işləri və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanlarını nəzərdən keçirdik”, - deyə nazir bildirib.