Azərbaycan ilə Qətər arasında ali təhsil sahəsində əlaqələrin inkişafı yolları müzakirə edilib
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkənin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadi ilə görüşüb.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri və onların inkişafı yolları müzakirə edilib.
Səfir Rəşad İsmayılov son illər həyata keçirilmiş layihələr haqqında danışıb. O, həmçinin Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar və xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan qrant proqramları barədə məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]