Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN İLƏ YUNESKO ARASINDA ƏMƏKDAŞLIQ DAHA YÜKSƏK SƏVİYYƏYƏ QALXACAQDIR

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycana səfərinin yekunlarına dair AzTV-yə müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Mehriban xanım, ötən həftə respublikamızın ictimai-mədəni həyatı üçün ən əlamətdar hadisələrdən biri YUNESKO-nun baş direktoru cənab Matsuuranın və bir neçə xoşməramlı səfirin Azərbaycana səfəri oldu. Səfər çərçivəsində bir sıra mühüm tədbirlər keçirildi. Siz YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın bugünkü səviyyəsini necə qiymətləndirirsiz?

- Müstəqil Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. Bu illər ərzində ölkəmiz üçün əhəmiyyətli olan bir sıra tədbirlər həyata keçirilmişdir. YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. İçərişəhər, Qız Qalası isə çox nadir memarlıq incisi kimi dünya mədəni irs siyahısına salınmışdır. Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin yubileyləri YUNESKO-nun təqviminə salınıb və bəşəriyyət üçün böyük əhəmiyyəti olan hadisə kimi qeyd edilir.

Dahi Məhəmməd Füzulinin 500 illik yubileyi, “Kitabi-Dədə Qorqud” Dastanının 1300 illik yubileyi çox geniş tədbirlərlə qeyd olunub və yekun tədbirlərində YUNESKO-nun baş direktoru cənab Matsuuara da iştirak etmişdir. Hər iki yubiley ilə bağlı YUNESKO-nun iqamətgahında, Paris şəhərində də xüsusi tədbirlər keçirilmişdir.

Bu ilin sentyabr ayında Parisdə görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. Bir sıra elm, təhsil və mədəniyyət proqramlarında Azərbaycanın qurumları iştirak edir. Azərbaycana aid olan məsələlərlə bağlı YUNESKO çərçivəsində tədbirlər keçirilir. Bu sırada mən xüsusilə təhsil sahəsində əməkdaşlığı vurğulamaq istərdim. Bildiyiniz kimi, Bakıda təhsil sisteminə həsr olunmuş böyük konfrans keçirildi. Bu konfransa biz uzun müddət hazırlıq görürdük. Əvvəl YUNESKO öz ekspertlərini ölkəmizə göndərmişdi, sonra ilkin tədbir Parisdə keçirilmişdir. Yekun tədbir olaraq Bakı şəhərində YUNESKO-nun baş direktoru cənab Matsuuranın və xoşməramlı səfirlərin iştirakı ilə “Azərbaycan-YUNESKO: gələcəyə körpü” adlı konfrans keçirildi.

Biz cənab Matsuuranın Azərbaycana səfəri zamanı ölkəmizin bir sıra maddi və qeyri-maddi irsinin qorunması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən çox inanıram ki, cənab baş direktorun ölkəmizə bu səfəri YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına güclü təkan verəcəkdir.

- Mehriban xanım, Siz YUNESKO-nun ilk azərbaycanlı xoşməramlı səfirisiniz və cənab Koişiro Matsuuara qeyri-maddi irsin qorunması sahəsində fəaliyyətinizi çox yüksək qiymətləndirdi. Bu istiqamətdə yeni planlarınız varmı?

- Avqustun 24-də Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu və mən inanıram ki, bina inşa olunandan sonra bu Mərkəz bütün muğamsevərlər üçün doğma bir evə çevriləcəkdir. “Qarabağ xanəndələri” albomundan sonra biz muğam layihələri üzrə işlərimizi davam etdiririk. Bu ilin sonuna qədər muğam dəstgahları albomu işıq üzü görəcək, bir sıra muğam ustalarının kitabları və albomları çap olunacaqdır. Bir neçə qədim muğam traktatlarının tərcüməsi artıq başa çatıb və onlar da çapa hazırdır. Müasir fransız musiqişünası Cerardın əsəri də tərcümə olunub və o da çapa hazırdır. Bir sözlə, muğamla bağlı çox geniş layihələrimiz var. Yaxın gələcəkdə muğam ustaları ilə bir daha görüşmək fikrim var. Onlarla həm muğam mərkəzinin layihəsini müzakirə etmək, həm də gələcək planlarımız haqqında danışmaq istəyirəm. Azərbaycan musiqi sənətinin muğam kimi əhəmiyyətli olan başqa bir qolu da var, bu da aşıq sənətidir. Hesab edirəm ki, ona da diqqət artırılmalıdır. Muğamla yanaşı, aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması çox zəruridir. Ümumiyyətlə, bizim mədəni irsimiz çox zəngindir, misal üçün meyxana sənəti. Bu sənətin qədimdə çox böyük ənənələri olub və bu gün də çox istedadlı davamçıları var. Amma bu sənətin fəlsəfəsi və tarixi yetərincə öyrənilməyibdir. Bir sözlə, hələ böyük işlər görmək lazımdır.

- Bizim məlumatımıza görə, YUNESKO-nun baş direktoru və ölkəmizə səfər edən xoşməramlı səfirlərlə Siz görüşlərinizdə Azərbaycanın bir neçə tarixi abidəsini, o cümlədən Qobustan dünya mədəni və təbii irsin qorunması, aşıq sənətinin isə bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına salınmasını təklif etmisiniz. Yaxın vaxtlarda bu təkliflərinizin reallaşacağını gözləmək olarmı?

- Cənab baş direktor və xoşməramlı səfirlər Bakıya səfər zamanı Qobustanda oldular. Biz orada bu abidənin bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğunu müzakirə etdik. Amma YUNESKO-nun öz qaydaları var və hər bir abidənin siyahıya salınması müəyyən prosedurdan keçir. Öncə bir neçə ölkədən ekpertlər təklifləri öyrənir, öz rəylərini verir. Sonra komissiyaların iclaslarında müzakirələr gedir. Adətən, abidənin siyahıya daxilolma prosesi 3-5 il çəkir. Onu da nəzərdə saxlamalıyıq ki, bir ölkədən müəyyən dövr ərzində yalnız bir abidə və ya yalnız bir əsər YUNESKO-nun siyahısına daxil edilə bilər. Gələn ilin yayında YUNESKO-nun iqamətgahında keçiriləcək növbəti toplantıda Qobustanla bağlı müzakirələr aparılacaq və mən çox böyük ümid bəsləyirəm ki, bu məsələ öz müsbət həllini tapacaqdır.

- Mehriban xanım, müzakirələr zamanı Azərbaycanın işğal altında olan ərazilərindəki tarix və mədəniyyət abidələri, onların ermənilər tərəfindən dağıdılması ilə bağlı məsələlər diqqət mərkəzində oldumu?

- Mən bu problemlər haqqında xoşməramlı səfirlərin YUNESKO-nun iqamətgahında keçirilən illik toplantısında və Kazanda YUNESKO-nun Avropa regionu üzrə toplantısında dəfələrlə danışmışam. Bildiyiniz kimi, YUNESKO elm, təhsil və mədəniyyətlə məşğul olan təşkilatdır. Şübhəsiz ki, YUNESKO tarixi abidələri qorumaq üçün tədbirlər keçirməli, konkret işlər görməlidir. Digər tərəfdən, hərbi münaqişə zonalarında vəziyyət həddən artıq siyasiləşdiyinə görə YUNESKO çalışır ki, siyasi xarakter daşıyan heç bir bəyanatla çıxış etməsin. Amma buna baxmayaraq, mən hər bir görüşümdə, YUNESKO-nun əməkdaşları ilə hər bir ünsiyyətdə bu sualları qaldırmağa çalışıram.

- Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni dərs ili üçün ölkədə 132 məktəb tikilir və bu, çox böyük layihədir. Siz məktəb binalarının vaxtında təhvil verilməsi üçün işlərə çox ciddi nəzarət edirsiniz. Bu sahədə vəziyyət necədir?

- Mən doğrudan da çalışıram ki, tikinti ilə bağlı hər gün məlumat alım. Tikintilərin bir qismində özüm şəxsən olmuşam, işlərin həqiqətən də çox böyük sürətlə getdiyini görmüşəm. Bu məktəblərin tikintisi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin yalnız ilk mərhələsidir. Hazırda ikinci mərhələyə daxil olan məktəblərin siyahısı hazırlanır. Mən inanıram ki, 3-4 ildən sonra Azərbaycanın hər bir kəndində ən müasir tələblərə cavab verən məktəb binası olacaqdır.

- Siz həm də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidentisiniz. Hamımız da bilirik ki, Fondun 10 illik yubileyi ərəfəsindəyik. Yaxın vaxtlarda bu Fondun xətti ilə hansı yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Fondun 10 illik fəaliyyətini necə qiymətləndirərdiniz? Üzeyir Hacıbəyovun 120 və Yusif Məmmədəliyevin 100 illik yubileyləri ilə bağlı hansı tədbirlər planlaşdırılır?

- Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yubileyini yeni layihələrlə qeyd emək istəyirik və hesab edirəm, ən böyük hədiyyə Üzeyir Hacıbəyov silsiləsindən ilk albom olacaqdır. Ümumiyyətlə, 2005-2006-cı illəri Üzeyir bəy Hacıbəyov illəri adlandırırıq. Bu sənətkarın adına layiq olan çox qlobal bir layihə hazırlayırıq. Üzeyir bəyin publisistikası, musiqi əsərlərinin not yazıları nəşr ediləcəkdir. Bir sözlə, Üzeyir bəy Hacıbəyovun bütün irsini əks etdirən bir layihə hazırlayırıq.

Görkəmli alim Yusif Məmmədəliyevin 100 illik yubileyi bu ilin sentyabr ayında YUNESKO tərəfindən Parisdə qeyd olunacaqdır. Ölkəmizdə bir sıra təntənəli tədbirlər nəzərdə tutulmudur.

- Çox sağ olun, təşəkkür edir, bütün istiqamətlərdəki işlərinizdə uğurlar arzulayırıq.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub