Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir

Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Əldə etdiyimiz Zəfərdən sonra regionda sülhü bərqərar edəcəyimiz düşünülərkən Azərbaycan Ermənistanı sülhdən yayınmağa cəsarətləndirən, ölkəmizin isə güclənib torpaqlarını azad etməyini həzm edə bilməyən qüvvələrin hədəfinə çevrildi. Müharibə sonrası regional siyasətdə müşahidə olunan və sülh üçün aparılan danışıqlar prosesi Azərbaycan-Ermənistan münaqişəsinin sülhlə nəticələnməsini istəməyən bir çox dövlətin əsl sima və maraqlarını ortaya çıxardı. Müharibədən sonra Azərbaycan regionda mandatını itirmək istəməyən Avropa dövlətləri, eləcə də İranın təzyiqləri ilə üzləşdi. İranın təhlükəli dövlətə çevrilməsini bir sıra amillərlə əlaqələndirmək mümkündür. Belə ki, vaxtilə işğal edilmiş əraziləri ən çox istismar edib oradan gəlir götürən ölkələrdən biri olan İran bu imkandan mərhum oldu. Zəngəzur dəhlizini “Turan yolu” hesab edən cənub qonşumuz bunu özünün “qırmızı xətti” adlandırmağa başladı. Ermənistanla sıx əməkdaşlıq edən İran nədənsə Azərbaycanla İsrail arasındakı yaxın münasibətləri narahatlıqla qarşıladı. Azərbaycan dövlətinin siyasi və hərbi qüdrətinin artması, regionun enerji və kommunikasiya mərkəzinə çevrilməsi, ölkəmizin türk dövlətləri ilə əməkdaşlığa önəm verən lider ölkələrdən biri, həmçinin Azərbaycanın beynəlxalq və qlobal məkanda təhlükəsiz və güvənilən ölkə olması İranın narahatlığını bir az da artırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev söyləyib.

O bildirib ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan hər zaman regionun imperiya keçmişi olan dövlətlərinin və dünyanın siyasi gedişatına, xəritəsinə yön verən “böyük” dövlətlərin diqqət mərkəzində olub və olmağa da davam edir. Bunun üçün həmin ölkələr dövlət qurumları və institutlarına kadrlar yerləşdirərək, vətəndaş cəmiyyətlərinə donorluq etmək, dinə meyilli insanları istismar edərək daxildə “Troya atı”na bənzəyən qüvvə yaratmağa çalışırlar. Bütün bunlar Azərbaycan dövlətinin təhlükəsizliyinə və suverenliyinə zərbə vurmaq məqsədi kimi qeyd edilə bilər. İrana siyasi hədə və təhdidlərini artırmağa cəsarət verən xarici və daxili amillər arasında bunlar da yer alır.

Ə.Vəliyev bildirib ki, Azərbaycanla İran arasında dərin tarixi keçmişə söykənən yaxınlığın və dindaşlığın olmasına baxmayaraq, regional siyasi proseslər İranın Ermənistanı gücləndirməkdə daha çox maraqlı olduğunu göstərir. Buna nümunə kimi İranın Ermənistanın Qafan rayonunda konsulluq açmasını, Ermənistanla yaxın münasibəti, hərbi və iqtisadi sahədə əməkdaşlığını, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror hücumunu göstərmək olar. Bütün bunlara baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi heç bir ölkənin daxili işinə qarışmayan, müstəqil siyasət yürüdən respublika kimi hər zaman mövqeyini qoruyub. Həmçinin İranla qonşuluq münasibətlərinin inkişafı və dərinləşməsi istiqamətində layihələr həyata keçirib. Azərbaycanda İran səfirliyi təhlükəsizlik şəraitində fəaliyyətini davam etdirir. Lakin qarşı tərəf tamam başqa istiqamətdə addımlar ataraq bu münasibətləri zədələməklə məşğuldur. İran parlamentinin 210 üzvünün Azərbaycanın İsraildə səfirliyinin açılmasını tənqid edən bəyanat təqdim etməsi və İran Xarici İşlər Nazirliyindən bu barədə lazımi diplomatik addımlar atmasını istəməsi başqa bir ölkənin işlərinə, yürütdüyü siyasətə birbaşa müdaxilədir. Qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqil, Cənubi Qafqazın güclü dövləti kimi dünyanın bir çox ölkələrində səfirlikləri və diplomatik nümayəndəlikləri var. Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycanın daha da artan nüfuzu onun qlobal siyasətdəki qüdrətini və mövqeyini gücləndirib. Ölkəmizin İsraildə səfirliyinin və Fələstinin Ramallah şəhərində Təmsilçilik Ofisinin açılmasının açılması ölkəmizin beynəlxalq əməkdaşlıqların inkişafı istiqamətində atılan növbəti addımlardan biridir.

Prezident İlham Əliyevin 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak və çıxışının, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyinin və İslam həmrəyliyinə sadiqliyinin Fələstin dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirən Ə.Vəliyev deyib: "Elə həmin ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Görünən odur ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzv dövlətlərindən biridir".

Sektor müdiri dövlətlər arasında siyasətdə yaranan bu kimi böhranlı vəziyyətlərin xaricdə və daxildə maraqları uzlaşan antihakimiyyət qüvvələrinin də hərəkətə keçməsinə, xaosdan faydalanmağa çalışan və onun böyüməsində maraqlı olan tərəflərə fürsət verdiyini diqqətə çatdırıb. İran Azərbaycanla geniş sərhəd zolağına malik qonşu dövlətdir. Ermənistanın və anti-Azərbaycan qüvvələrinin apardığı siyasət ölkəmizin yaxın qonşuları ilə münasibətinin pozulmasına xidmət edir. Azərbaycan və İran dövlətlərini ermənilərlə əlaqəli az, bir-birinə bağlayan isə çox səbəblər mövcuddur. Qonşuluq münasibətlərinin zəifləməsi ancaq məkrli və düşmən qüvvələrin güclənməsinə şərait yaradacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı