Azərbaycan jurnalistləri “Xəzər lotosu” müsabiqəsində iştirak etməyə dəvət olunurlar
Bakı, 20 fevral (AZƏRTAC). Həştərxan vilayətinin hökuməti Rusiya Jurnalistlər İttifaqı, Xarici Müxbirlər Assosiasiyası, YUNİDO-nun Beynəlxalq Sənaye Əməkdaşlığı Mərkəzi, Ətraf Mühiti Mühafizə Cəmiyyəti və “ERAECO” ictimai hərəkatının dəstəyi ilə jurnalistlərin “Xəzər lotosu” beynəlxalq müsabiqəsini elan etmişdir.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin əsas vəzifəsi ictimaiyyətin diqqətini Xəzərdə ekologiya problemlərinə cəlb etməkdir.
Xarici ölkələrin kütləvi informasiya vasitələri, yaradıcılıq qrupları, birlikləri, ekologiya və ətraf mühitin mühafizəsi problemləri ilə məşğul olan müstəqil müəlliflər müsabiqədə iştirak etməyə dəvət olunurlar.
Müsabiqənin münsiflər heyətinə Rusiyanın və xarici ölkələrin nüfuzlu ictimai təşkilatlarının nümayəndələri, ekologiya məsələləri üzrə beynəlxalq ekspertlər, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası komitələrinin rəhbərləri dəvət olunmuşlar.
Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü il aprelin 15-dək qəbul olunur. Müsabiqə laureatlarının təntənəli şəkildə mükafatlandırılması mərasimi 2014-cü il mayın 29-da Həştərxanda keçiriləcəkdir.
Müsabiqənin saytında ətraflı məlumat yerləşdirilmişdir: www.caspianlotus.ru / www.каспийскийлотос.рф
Azərbaycan jurnalistləri də müsabiqədə iştirak etməyə dəvət olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]